Azərbaycan Rusiyadan buğda alışını sentyabrda 77 faiz artırıb

18.11.2026

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 224 milyon ABŞ dolları dəyərində 1 milyon 44 min 835 ton buğda idxal edilib.

525.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə,bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 18,8 %, kəmiyyət olaraq – 19 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 194,88 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 3 dəfə çox) 914 min 969 ton (+3 dəfə), Qazaxıstandan 29,15 milyon ABŞ dolları dəyərində (-76 %) 129 min 864 ton (-77 %), Türkiyədən 0,8 min ABŞ dolları dəyərində (-87 %) 1,6 ton (-81 %) və Serbiyadan 0,01 min ABŞ dolları dəyərində 0,01 ton (1 il əvvəl tədarük olmayıb) buğda alıb.

Təkcə sentyabrda Rusiyadan ölkəyə 38,84 milyon ABŞ dolları dəyərində 203 min 96 ton buğda gətirilib. Bu, bir il əvvəlin göstəricilərinə nisbətən müvafiq olaraq 61 % və 77 % çoxdur.

2025-ci ildə Azərbaycana idxal edilmiş 1 milyon 267 min 322 ton buğdanın 52,26 %-i Qazaxıstanın, 47,73 %-i Rusiyanın payına düşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью