Azərbaycan Rusiyadan təbii qaz alışını 7 dəfə azaldıb

27.01.2026

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycana Rusiyadan 3,9 milyon dollar dəyərində 21,2 milyon kubmetr təbii qaz idxal edilib.

FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Rusiyadan qaz idxalı ötən ilin eyni dövrü ilə müqayisədə kəskin azalıb. Belə ki, idxal dəyər ifadəsilə 22,3 milyon dollar (85%), miqdar ifadəsilə isə 120,4 milyon kubmetr (85%) düşüb. Başqa sözlə, Rusiyadan qaz idxalı 6,7 dəfə azalıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Rusiyadan 26,2 milyon dollar dəyərində 141,6 milyon kubmetr qaz idxal olunmuşdu.

Rusiyadan idxal edilən qazın hər 1000 kubmetrinin orta qiyməti 185 dollar (314,5 manat) təşkil edib və ötən illə müqayisədə qiymətdə dəyişiklik baş verməyib.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью