Azərbaycan Rusiyanın şokolad ixracında əhəmiyyətli paya sahibdir

03.03.2026

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Rusiyadan ən çox şokolad idxal edən ölkələrdən biridir.

Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə "Agroexport" mərkəzi məlumat yayıb.

Məlumata görə, ötən il Rusiyanın şokolad ixracı 224 min ton olub. Bu da təxminən bir milyard dollarlıq rekord səviyyədir.

Rusiya şokoladının ən böyük alıcıları Qazaxıstan (təxminən 300 milyon dollar), Belarus (188 milyon dollar) və Özbəkistan (107 milyon dollar) olub.

Xəbərdə bildirilir ki, Qırğızıstan, Azərbaycan, Ermənistan, Çin, Gürcüstan, Tacikistan və Monqolustan da Rusiyadan əhəmiyyətli həcmdə məhsul alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью