Azərbaycan Rusiyaya qeyri neft qaz ixracını ARTIRIB

29.08.2025

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Rusiyaya 716,6 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.
Bizim.Media xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın avqust sayında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,8 % çoxdur.
 

Son 1 ildə qeyri-neft-qaz ixracının dəyəri Türkiyə istiqamətində 3,9 % azalaraq 339,7 milyon ABŞ dolları, Gürcüstan istiqamətində isə 35,35 % artaraq 183,4 milyon ABŞ dolları olub.


Ötən 7 ayda Azərbaycan həmçinin İsveçrəyə 186,6 milyon ABŞ dolları (2,4 dəfə çox), Ukraynaya isə 109,9 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz sektoruna aid mal ixrac edib.
7 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,4 % artaraq 2,1 milyard ABŞ dolları təşkil edib.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью