“Azərbaycan sabitliyin paradiqmasını təklif edən lider dövlət kimi mövqe sərgiləyir...”

04.02.2026

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

“Analiz göstərir ki, Azərbaycanın uğuru təkcə qələbə ilə bitməyib, siyasi sabitliyin sistemli şəkildə möhkəmləndirilməsində də özünü göstərir. Münaqişə ölümlərinin 100% azalması Azərbaycanı dünyada qeydə alınan 59 aktiv münaqişə fonunda unikal edir. Müasir beynəlxalq təhlükəsizlik dərin parçalanma dövrünü yaşayır. Bu dövr əsasən dövlətlərarası münaqişələrin artması ilə bərabər, ənənəvi ittifaqların aşınması və qlobal qeyri-sabitliyin görünməmiş səviyyəsi ilə xarakterizə olunur”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib. 

Politoloqun sözlərinə görə, belə bir fonda Azərbaycan Respublikası beynəlxalq münasibətlərin unikal subyekti kimi fərqlənir:

“Ölkə nəinki daxili sabitliyin yüksək göstəricilərini nümayiş etdirir, həm də qlobal sülh təşəbbüslərinin mərkəzinə çevrilir. Dünya siyasət araşdırmaları və mediası ümumi sülhün tənəzzülünü qeyd etdiyi bir vaxtda, Azərbaycan sülh naminə "yeganə işıq" və sabitliyin yeni paradiqmasını təklif edən lider dövlət kimi mövqe sərgiləyir və ən əsası bu, dünyada elə belə də qəbul edilməkdədir. Bu təhlildə Azərbaycanın müasir geopolitikada unikal rolunu statistik məlumatlar, ekspert qiymətləndirmələri, diplomatik uğurlar və s. parametrlərə görə əsaslandırılan mövqeləri nəzərdən keçirəcəyik”.

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью