“Azərbaycan sahibkarları İndoneziya vasitəsilə ASEAN bazarlarına çıxa bilər Səfir

24.11.2026

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“İndoneziya ilə əməkdaşlıq Azərbaycan sahibkarlarına təxminən 700 milyon əhalisi olan Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) bazarına çıxmaq üçün əlavə imkanlar yarada bilər”.

525.az xəbər verir ki, bunu İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi Bakıda keçirilən İndoneziya Biznes Forumunda bildirib.

O deyib ki, İndoneziya ərazi və əhali baxımından böyük ölkədir:

“Bizim əhalimiz təxminən 300 milyon nəfərə yaxındır. İndoneziya 700 milyon insanı birləşdirən ASEAN-ın üzvüdür. Beləliklə, İndoneziya vasitəsilə 700 milyon əhalisi olan bazara çıxış əldə etmək mümkündür”, - o qeyd edib.

Səfir bildirib ki, ASEAN əhalisinin təxminən yarısı İndoneziyanın payına düşür ki, bu da ölkənin daxili bazarını regional iqtisadi əməkdaşlığın mühüm elementinə çevirir.

O, həmçinin İndoneziya hökumətinin biznesə göstərdiyi dəstək tədbirlərinə diqqət çəkib.

“İndoneziya hökuməti həm ticarət şirkətlərinə, həm də investorlara sahibkarlıq fəaliyyətinin bütün iştirakçıları üçün güzəştlər, müxtəlif imkanlar və stimullar təqdim edir. Bu da işgüzar əlaqələri daha sadə və səmərəli edir”, - Berlian Helmi bildirib.

Səfir palma yağı, qəhvə, kakao, ədviyyatlar, kauçuk, vanil, mixək, darçın və muskat qozu, krevet və tuna balığı və digər dəniz məhsulları da daxil olmaqla ölkəsində istehsal olunan məhsullara diqqət çəkib.

Həmçinin tekstil, mebellər, qablaşdırma materialları və istehlak mallarını da qeyd edib. İndoneziyada tikinti sektoru üçün ağır texnika, elektronika, məişət texnikası, əczaçılıq məhsulları, tibbi avadanlıqlar, kimya məhsulları və plastik məmulatlar istehsal olunduğunu deyib.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью