Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Ötən həftə Türkmənistan dövlət əmtəə və xammal birjasında 10 əməliyyat qeydə alınıb. Azərbaycan biznes ictimaiyyətinin nümayəndələri də bu alqı-satqıda iştirak ediblər. Bu barədə “Turkmenportal” məlumat yayıb.
Bildirilib ki, Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Serbiyadan olan sahibkarlar xarici valyuta ilə “Portland” sementi, pambıq yağı, buğda unu, biyan kökündən qlisirrizik turşusu, eləcə də pambıq iplik və parça alıblar. Bu əməliyyatların ümumi dəyəri 9,97 milyon dollardan artıq olub.
XQ