Azərbaycan Şahmat Federasiyasında rapid turniri keçirilib FOTOLAR

08.09.2025

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Şahmat Federasiyasında (AŞF) Uşaq-Gənclər Komissiyasının təşkilatçılığı ilə rapid turniri keçirilib.

AŞF-dən  verilən məlumata görə, 43 şahmatçının iştirak etdiyi yarış yeniyetmələrin beynəlxalq turnirlərə hazırlıq məqsədi daşıyıb.

7 turdan ibarət yarışın nəticəsinə əsasən, 6 xal toplayan Murad İbrahimli turnirin qalibi adını qazanıb. Vüqar Manafov (5.5 xal) və Məhəmməd Bağırov (5 xal) müvafiq olaraq 2-3-cü yerləri tutublar.

Qeyd edək ki, AŞF mütəmadi olaraq belə turnirlər təşkil edir.

​​​​​​"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью