Azərbaycan şahmatçıları dünya çempionatında ikinci oldu

24.11.2025

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Azərbaycan şahmatçıları dünya çempionatında ikinci oldu

İspaniyada keçirilən qadın şahmatçılardan ibarət komandalar arasında dünya çempionatına yekun vurulub.

QOL.az xəbər verir ki, mötəbər yarışın finalında Azərbaycan və FIDE komandaları qarşılaşıb.

Hər iki görüşdə FIDE komandası müstün olub (3:1;2,5:1,5). Beləliklə Azərbaycan komandası tarixində ilk dəfə dünya çempionatında ikinci yeri tutub. Birinci lövhədə çıxış edən Avropa çempionu Ülviyyə Fətəliyeva 10 partiyada 6 xal toplamaqla bütün şahmatçıları qabaqlayaraq qızıl medala layiq görülüb.

Qeyd edək ki, Azərbaycan komandasında Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Ayan Allahverdiyeva iştirak edib. Kapitan İlahə Qədimova, məşqçilər Nicat Abasov və Qədir Hüseynov olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью