Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar

10.06.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 10 iyun, AZƏRTAC

Azərbaycan şahmatçıları Gürcüstanın Batumi şəhərində 8, 10 və 12 yaşlılar arasında keçiriləcək Dünya Kubokunda iştirak edəcəklər.

Şahmat Federasiyasından AZƏRTAC-a bildirilib ki, yarışda ölkəmizi Ziya Qubatov, Nurlan Qənizadə, Səfa Hümmətov, Attila Orman, Aminə Amanzadə, Nurcan Tahirova, Mehriban Əhmədli və Sadəgül Əfəndi təmsil edəcəklər.

Turnir iyunun 15-dən 28-dək təşkil olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью