Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
Azərbaycan şahmatçısı Aydın Süleymanlı Niderlandda keçirilən “Tata Steel Challengers” beynəlxalq turnirində növbəti oyununu keçirəcək.
İdman.Biz xəbər verir ki, qrossmeyster səkkizinci tur çərçivəsində ABŞ şahmatçısı Karissa Yip ilə qarşılaşacaq.
Yarışda ümumilikdə 14 şahmatçı iştirak edir. Turnirin iştirakçıları arasında ukraynalı təcrübəli qrossmeyster Vasili İvançuk və blits üzrə üçqat dünya çempionu Bibisara Asaubaeva da yer alır.
Yeddi turdan sonra Aydın Süleymanlı 5 xal toplayaraq turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. Azərbaycanlı şahmatçı ötən turda amerikalı Endi Vudvardla heç-heçə edib.
Qeyd edək ki, “Tata Steel Challengers” turniri dairəvi sistem üzrə keçirilir, 13 turdan ibarətdir və fevralın 1-də başa çatacaq.