Azərbaycan şahmatçısı Baham adalarındakı turniri qələbə ilə başa vurub

10.06.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Azərbaycan şahmatçısı Azər Mirzoyev Baham adalarının Nassau şəhərində keçirilən "Orjan Lindroth Memorial"da 9-cu yeri tutub.

İdman.biz xəbər verir ki, o, final mərhələsində ABŞ təmsilçisi Alisa Melexinaya qalib gələrək turniri qələbə ilə başa vurub.

Mirzoyev beş xalla turnirdə ilk "onluğ"a daxil ola bilib.

Yarış zamanı Mirzoyev dörd görüşdə qalib gəlib, iki dəfə heç-heçə edib, üç dəfə isə məğlub olub.

Birinci yeri 6,5 xalla amerikalı Brendan Ceykobson tutub.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью