Azərbaycan şahmatçısı birinci oldu FOTO

14.06.2026

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Özbəkistanda təşkil olunan “UzChess Cup” ənənəvi beynəlxalq şahmat turniri sona yaxınlaşır.

Gununsesi.info xəbər verir ki, son tur ərəfəsində “Challenge” bölməsində qalib məlum olub.

Yeddi turda maksimum xal toplayan Azərbaycan çempionu Məhəmməd Muradlı birinci pillədə yerini təmin edib. Aktivində 7 xal olan M.Muradlı sabah son turda Özbəkistan şahmatçısı Cahongir Vahidovla mübarizə aparacaq.

M.Muradlı nəticədən asılı olmayaraq yarışda birinci pilləni qoruyacaq.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью