Azərbaycan şahmatçısı fenomenal nəticə ilə Avropa çempionu olub

11.11.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 11 noyabr, AZƏRTAC

Yunanıstanın Krit adasındakı Hersonissos şəhərində təşkil olunan 8-18 yaşadək yeniyetmələr arasında Avropa çempionatında VIII turun partiyaları keçirilib.

AZƏRTAC xəbər verir ki, 18 yaşadək qızların mübarizəsində Nərmin Abdinova hesabat turunda Polşa şahmatçısı Klara Şzotkanı məğlub etməklə fenomenal nəticə göstərib. Bu, Abdinovanın qitə çempionatında ardıcıl 8-ci qələbəsi olub. Bütün görüşlərini qələbə ilə başa vuran Nərmin Abdinova sabah baş tutacaq IX turun nəticəsindən asılı olmayaraq Avropa çempionu titulunu qazanıb.

Qeyd edək ki, Avropa çempionatında U-18 kateqoriyasında sonuncu qızıl medalı 2014-cü ildə Batumidə Ülviyyə Fətəliyeva qazanıb.

Avropa çempionatına sabah yekun vurulacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью