Azərbaycan şahmatçısı liderliyi bölüşür

28.02.2025

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Monteneqronun Petrovaç şəhərində 20 yaşadək şahmatçılar arasında dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, Ayan Allahverdiyeva üçüncü turda növbəti qələbəsini qazanıb.

Azərbaycan şahmatçısı Anna Şukmana (FIDE) qalib gələrək, xalını 3-ə çatdırıb və Anna Jurova (FIDE) ilə liderliyi bölüşür.

Lalə Hüseynova Zarina Nurqaliyevaya (Qazaxıstan) məğlub olub, Nərmin Abdinova isə Milena Qasparyanla (Ermənistan) heç-heçə edib.

Şiroğlan Talıbov da startda iki qələbədən sonra Cin Yuhenqlə (Çin) xalı yarı bölüblər - 0,5:0,5. O, 2,5 xal toplayaraq səkkizinci yerdə qərarlaşıb.

Ginqfenq Cao (Çin) ilə heç-heçə edən Xəzər Babazadə ondan yarım xal az toplayıb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью