Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Polşanın Katovitse şəhərində keçirilən şahmat üzrə Avropa çempionatı bu gün başa çatıb. Azərbaycan turnirdə 13 şahmatçı ilə təmsil olunurdu. Sonuncu – 11-ci tur ərəfəsində onlardan üçü çempionluq şansını saxlayırdı. Nicat Abasov və Aydın Süleymanlı 8 xalla ilk iki pillədə qərarlaşmışdı. Eyni xala malik
Məhəmməd Muradlı isə 5-ci yerdə idi. Təəssüf ki, son tur bizimkilər üçün uğursuz alındı. Aydın Məhəmmədlə, Nicat rumıniyalı Boqdan-Danyel Dyak ilə heç-heçə etdi. Belədə 9 xal toplayan 17 yaşlı ukraynalı Roman Deqtyarev qitə çempionu oldu. Çox təəssüf... 8,5 xala malik Nicat 2-ci, Aydın 3-cü, Məhəmməd 4-cü yeri tutdu.
Faktiki şahmat tariximizdə ilk dəfə fərdi yarışda Avropa çempionluğunaçox yaxın idik. İndiyə qədər yeganə medalı (gümüş) 2005-ci ildə Teymur Rəcəbov qazanmışdı...