Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə mühüm tərəfdaşıdır

28.04.2025

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) dialoq üzrə mühüm tərəfdaşıdır.

525.az-ın məlumatına görə, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey bazar ertəsi günü keçirilən mətbuat konfransında bildirib.

"Çin Azərbaycanın ŞƏT-də hüquqi statusunun yüksəldilməsini dəstəkləyir və təşkilatın beynəlxalq nüfuzunun artırılması məqsədilə Azərbaycanın ŞƏT çərçivəsində əməkdaşlıq təşəbbüslərini alqışlayır", - deyə diplomat bildirib.

Mey həmçinin vurğulayıb ki, Çin ticarət və investisiyalar, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı və yaşıl inkişaf da daxil olmaqla, müxtəlif istiqamətlərdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Azərbaycanla qarşılıqlı fəaliyyət üçün ŞƏT platformasından istifadə etməyə hazırdır.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью