Azərbaycan seçməsi İslandiyaya böyük fərqlə uduzdu

26.07.2026

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın basketbol üzrə oğlanlardan ibarət U-18 millisi Avropa çempionatının B divizionunda növbəti matçına çıxıb.

Fanat.Az xəbər verir ki, təmsilçimiz Xorvatiyada keçirilən qitə birinciliyində İslandiya yığması ilə qarşılaşıb.

Oyun Azərbaycan millisinin 56:95 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Yığmamız daha öncə Polşa millisinə 60:70 hesabı ilə yenilib, Ukraynanı isə (77:68) üstələyib. U-18 qrupda növbəti oyununu iyulun 28-də Bakı vaxtı ilə saat 12:30-da Portuqaliya seçməsinə qarşı keçirəcək.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью