Azertag saytından alınan məlumata görə, Icma.az bildirir. Bakı, 24 noyabr, AZƏRTAC Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov
AZƏRTAC xəbər verir ki, diplomat müsahibəsində Azərbaycanın iqlim dəyişikliyi, yaşıl enerjiyə keçid və beynəlxalq əməkdaşlıq istiqamətində g
Biz külək, günəş və digər bərpaolunan enerji sahələrinə böyük investisiyalar yatırırıq.
COP29-a ev sahibliyi etmək Azərbaycanın qlobal səylərdəki liderliyini nümayiş etdirir və sabah daha yaşıl bir dünya üçün qapıları açır”, - deyə o bildirib.
Müsahibədə səfir Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı inklüziv müzakirələrə üstünlük verdiyini vurğulayıb.
O qeyd edib ki, iqlim dəyişikliklərinə səbəb olan resursların nümayəndələri də daxil olmaqla, bütün tərəflərin iştirakı ilə müzakirələr aparılmalıdır: "Dəyişiklik istəyiriksə, hər kəs masa ətrafında olmalıdır.
28 COP keçib, hələ də danışırıq. Bunun əsas səbəblərindən biri, kifayət qədər inklüziv müzakirələrin aparılmamasıdır.
Azərbaycan isə bu dəfə fərqli yanaşma tətbiq edir”, - deyə səfir bildirib.