Azərbaycan səfiri Əlcəzair XİN in Baş katibi ilə görüşdü

13.03.2025

Manset portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın Əlcəzairdəki səfiri Tural Rzayev bu ölkənin xarici siyasət idarəsinin Baş katibi Lounes Mokrane ilə görüşüb.

Manset.az xəbər verir ki, bu barədə Azərbaycanın Əlcəzairdəki diplomatik missiyasının mətbuat xidməti bildirib.

“Zati-aliləri səfir cənab Tural Rzayevin Əlcəzair Xalq Demokratik Respublikasının Xarici İşlər, Xaricdəki Milli İcma və Afrika Məsələləri Nazirliyinin Baş katibi cənab Lounes Mokrane ilə görüşü”, – səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.

Görüşün təfərrüatları barədə məlumat verilməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью