Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib

19.08.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Astana, 19 avqust, AZƏRTAC

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bir sıra dövlətlərin fövqəladə və səlahiyyətli səfirlərinin etimadnamələrini qəbul edib.

AZƏRTAC Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, mərasim Astanadakı Müstəqillik Sarayında keçirilib.

Azərbaycan Respublikasının Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Əskərov da etimadnaməsini dövlət başçısına təqdim edib.

Həmçinin Moldova, Vyetnam, Koreya Respublikası, Cənubi Afrika Respublikası, Slovakiya, Almaniya, Sloveniya və Namibiyanın səfirləri də etimadnamələrini Qazaxıstan Prezidentinə təqdim ediblər.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью