Azərbaycan səfiri etimadnaməsini Rusiya Prezidentinə təqdim edib

05.11.2024

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kremldə etimadnamələrin təqdimetmə mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin xarici dövlətlərin yeni təyin olunmuş 28 səfirinin etimadnaməsini qəbul edib. Rusiya dövlətinin başçısına etimadnaməsini təqdim edənlər arasında Azərbaycanın Rusiyaya yeni təyin olunmuş səfiri Rəhman Mustafayev də olub. Mərasim Böyük Kreml Sarayının Aleksandr zalında keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью