Azərbaycan səfiri Koreya Azərbaycan Assosiasiyasının üzvləri görüşüb

02.12.2024

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın Cənubi Koreyadakı səfiri Ramin Həsənov Tequ-Könbuk Beynəlxalq Mübadilə Assosiasiyasının üzvü olan Koreya – Azərbaycan Assosiasiyasının nümayəndələri ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin mətbuat xidməti bildirib.

“Tequ-Könbuk Beynəlxalq Mübadilə Assosiasiyasının (DGIEA) təşkilatçılığı ilə Tequ şəhərində keçirilən Dostluq Axşamında səfir Ramin Həsənov DGIEA-nın üzvü olan Koreya – Azərbaycan Assosiasiyasının üzvləri ilə görüş keçirib”, – məlumatda diqqətə çatdırılıb.

Xatırladaq ki, daha əvvəl Cənubi Koreyada Azərbaycanın turizm potensialı və turizm sahəsindəki imkanları təqdim edilmişdi.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью