Azərbaycan səfiri prezidentlə görüşə milli geyimdə getdi FOTO

15.01.2025

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev bu ölkənin prezidenti Frank-Valter Ştaynmayerlə görüşə milli geyimdə gedib.

Modern.az-ın məlumatına görə, Nəsimi Ağayev bununla bağlı oaylaşım edib.

Görüş Yeni il münasibətilə diplomatlar üçün təşkil etdiyi qəbulda baş tutub.

“Almaniyanın Federal Prezidenti Zati-aliləri Dr. Frank-Valter Ştaynmayerin Berlindəki gözəl Bellevue sarayında Diplomatik Korpusun Yeni il ziyafətində iştirak etməkdən şərəf duyuram”, - paylaşımda deyilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью