Azərbaycan səfiri Rumıniyanın beyin mərkəzinin rəhbəri ilə regiondakı prosesləri müzakirə edib Xəbər saytı Son xəbərlər və Hadisələr

18.12.2024

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın Buxarestdəki səfiri Qüdsi Osmanov Rumıniyanın Yeni Strategiya Mərkəzinin baş direktoru Corce Skutaru ilə iki ölkənin araşdırma mərkəzləri arasında əməkdaşlığı müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə səfir sosial şəbəkədə bildirib.

"Səfirlikdə rumıniyalı dostum - Yeni Strategiya Mərkəzinin baş direktoru Corce Skutarunu qəbul etməkdən məmnunluq duydum və regiondakı prosesləri, həmçinin Azərbaycan və Rumıniya tədqiqat mərkəzləri və akademik dairələri arasında əməkdaşlığı müzakirə etdik", - paylaşımda qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью