Azərbaycan səfiri Rumıniyanın beyin mərkəzinin rəhbəri ilə tədqiqat qurumları arasında əməkdaşlığı müzakirə edib

18.12.2024

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın Buxarestdəki səfiri Qüdsi Osmanov Rumanıyanın Yeni Strategiya Mərkəzinin baş direktoru Corce Skutaru ilə iki ölkənin araşdırma mərkəzləri arasında əməkdaşlığı müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə səfir sosial şəbəkədə bildirib.

“Səfirlikdə rumıniyalı dostum – Yeni Strategiya Mərkəzinin baş direktoru Corce Skutarunu qəbul etməkdən məmnunluq duydum və regiondakı prosesləri, həmçinin Azərbaycan və Rumıniya tədqiqat mərkəzləri və akademik dairələri arasında əməkdaşlığı müzakirə etdik”, – paylaşımda qeyd olunub.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью