Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanın Türkiyədəki səfirliyi UEFA Avropa Liqasında İsrailin “Hapoel” (Beer-Şeva) komandasına qalib gələn İstanbulun “Beşiktaş” klubunu təbrik edib.
Modern.az xəbər verir ki, bununla bağlı diplomatik nümayəndəlik sosial şəbəkə hesabında paylaşım edib.
“UEFA Avropa Liqasında Beer-Şevanın “Hapoel” komandasına qalib gələn “Beşiktaş” futbol klubumuzu ürəkdən təbrik edir, uğurlarının davamını arzulayırıq”, – paylaşımda bildirilib.