Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanın Suriyadakı səfirliyi bu ölkədə kimsəsiz uşaqlar üçün iftar süfrəsi təşkil edir.
Axar.az xəbər verir ki, Azərbaycanın Dəməşqdəki müvəqqəti işlər vəkili Elnur Şahhüseynovun iştirakı ilə paytaxtın Məzzə məhəlləsində 500 uşaq üçün iftar süfrələri qurulub.
Məlumata görə, üç gün davam edəcək proqramda ümumilikdə 3 min kimsəsiz uşağa iftar veriləcək.