Azərbaycan səfirliyində başsağlığı kitabı açılacaq

25.12.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın Gürcüstandakı səfirliyində başsağlığı kitabı açılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə səfirliyin məlumatında bildirilib.

Məlumata əsasən, başsağlığı kitabı 26 dekabr (saat 13:00-18:00) və 27 dekabr (saat 10:00-13:00 və saat 15:00-18:00) tarixlərində açıq olacaq. Eyni zamanda başsağlığı qeydləri elektron qaydada [email protected] email vasitəsilə də qəbul ediləcək.

Səfirlik baş vermiş dəhşətli qəza nəticəsində həlak olan şəxslərə Allahdan rəhmət diləyib, ailələrinə və doğmalarına dərin hüznlə başsağlığı verib və yaralılara şəfa arzu edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью