Azərbaycan səfirliyinə hücum edən şəxs edam olundu

21.05.2025

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Iranın Tehran şəhərində yerləşən Azərbaycan səfirliyinə hücum edən şəxs (Yasin Hüseynzadə) bu gün Tehranda edam olunub.

Bakupost.az xəbər verir ki, bu barədə İranın Məhkəmə Sisteminin informasiya portalında bildirilib.

Qeyd edək ki, 27 yanvar 2023 tarixində Azərbaycanın Tehrandakı Səfirliyinə qarşı terror aktı törədilib. Terror aktı nəticəsində Səfirliyin bir əməkdaşı şəhid olub, iki əməkdaşı isə yaralanıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью