Azərbaycan səfirliyinə terror hücumu edən şəxs barəsində edam hökmü təsdiqləndi

22.01.2025

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İranın Ali məhkəməsi Azərbaycan Tehrandakı səfirliyinə terror hücumu etmiş Yasin Hüseynzadə barəsində çıxarılan edam hökmünü təsdiqləyib.

Bakıvaxtı.az İSNA-ya istinadən xəbər verir ki, bunu İran məhkəmə sisteminin sözçüsü Əsgər Cahangiri mətbuat konfarsında bildirib.

Məlumata görə, hökm icra üçün Tehran məhkəməsinə göndərilib. İnformasiyaya əsasən, müttəhimin valideynləri onunla görüşə gələndən sonra hökm icra olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью