Azərbaycan səfirliyinin binasına “İskəndər” raketi düşdü

14.11.2025

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın ötən gecə Kiyevə həyata keçirdiyi hücumda istifadə etdiyi “İskəndər” raketinin qəlpələri Azərbaycan səfirliyinin binasına düşüb.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “X” hesabında bildirib.

“Ukraynaya hücumda təxminən 430 dron və 18 raketdən istifadə edilib. Təkcə Kiyevdə onlarla yaşayış binası zədələnib. Azərbaycan səfirliyinin binasına “İskəndər” raketinin qəlpələri düşüb”, - Zelenski qeyd edib.

Xatırladaq ki, ötən gecə Rusiyanın Ukraynaya hücumlarında 4 nəfər ölüb, 20 nəfərdən çox insan xəsarət alıb. /modern.az/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью