Azərbaycan şəhərində polis vətəndaşlara hücum etdi

19.03.2025

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünən axşam saatlarında polis qüvvələri Zəncan şəhərində çərşənbə şənliyi keçirən vətəndaşlara hücum edib.

Axar.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat və videolar paylaşıblar.

Çərşənbə şənliyinə toplaşanları rezin dəyənəklə döyən məmurlar izdihamın dağılmadığını gördükdən sonra gözyaşardıcı qazdan istifadə ediblər.

Bir neçə nəfərin xəsarət aldığı və həbs edildiyi bildirlsə də, onların kimliyi barədə açıqlama verilməyib.

İranda İslam Respublikası yaranandan Novruz bayramına qısqanc münasibət bəsləyir. Bir çox tədbirlərin keçirilməsinə maneçilik törədilir və ya Novruz adət-ənələrini diniləşdirilməyə cəhd edirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью