Azərbaycan şəhid hərbçilərin ailəsinə maddi yardım etsin! TƏKLİF

12.11.2025

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Azərbaycandan Türkiyəyə uçan C-130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstanda qəzaya uğrayıb.

Nəticədə Türkiyə Ordusunun 20 hərbi qulluqçusu şəhid olub. 

Modern.az xəbər verir ki, REAL Partiyasının sədri Natiq Cəfərli qəza ilə bağlı təkliflə çıxış edib.

O, qeyd edib ki, Azərbaycan dövləti xalqın adından şəhid olanların ailələrinə maddi yardım göstərsə, bu yerinə düşən addım olar:

"Dünən qəzada şəhid olan türkiyəli əsgərlərin fotolarına ürəyimiz sızıldamadan baxmaq olmur, gənc, vətənsevər əsgərlərimizə Allahdan rəhmət diləyirəm. F-16 təyyarəsinə texniki xidməti bacarmaq üçün illərlə oxumaq, təcrübə toplamaq lazımdır, insan yanıb-tökülür.

Düşünürəm ki, Azərbaycan dövləti, xalqımızın adından şəhid olanların ailələrinə maddi yardım göstərsə, çox yerinə düşərdi. Hər bir şəhid ailəsinə 50 min manat ödəniş edilsə, cəmi 1 mln. manat edir ki, bu da dövlət büdcəsi üçün çox kiçik məbləğdir.

Bir daha şəhidlərimizə Allah rəhmət eləsin!"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью