Azərbaycan səhiyyəsi "Semaşko modelindən" çıxdı Səhiyyə nazirinin müavini | Icma…
Medicina saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ölkəmizdə uzun illər Sovet İttifaqı zamanı məhz o dönəmin səhiyyə sistemi tətbiq edilirdi. Bu, "Semaşko modeli" idi.
Bu modelin iki əsas sütunu var. Birincisi, tibb xidmətləri pulsuzdur, ikincisi isə profilaktik tibbdir.
Yəni daha çox diqqəti yetiririk ki, xəstəliklər baş verməsin.
Düşünürəm ki, zamanı və sovet ideologiyasının əsası üçün bu yanaşma, bu model kifayət qədər uğurlu idi.
"Semaşko modeli" kifayət qədər yaxşı işləyirdi. Amma zaman, dövr dəyişib.
Bizim ölkəmiz də Sovet İttifaqı dağılandan və müstəqillik qazanandan sonra dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən yararlanmağa başladı və sovet idarəçilik sistemindən müasir idarəetmə dövrünə keçid başladı."Medicina" xəbər verir ki, bunu “Səhiyyə İdarəçiləri Zirvəsi 2024”-də səhiyyə nazirinin müavini Nadir Zeynalov bildirib.
Bu dövr müddətində ölkəmizdə səhiyyə sahəsində, səhiyyənin möhkəmləndirilməsi istiqamətində xeyli işlər görüldü.
Tam oxu
Xəbəri oxu