Azərbaycan səhiyyəsində ciddi islahatlar həyata keçirilir Komitə sədri

30.01.2025

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Azərbaycan səhiyyəsində ciddi islahatlar həyata keçirilir. Ölkəmizdə icbari tibbi sığorta bütövlüklə həyata keçirilir. Səhiyyə sahəsinə ayrılan vəsait də ilbəil artır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib. O bildirib ki, ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti yüksəlib.

"Əhalimizin icbari tibbi sığortadan gözləntiləri böyükdür. İlkin tibbi xidmətlə bağlı ölkəmizdə xeyli işlər görülüb", - deyə komitə sədri bildirib.

Anar Kəlbiyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью