Azərbaycan sentyabrda Ermənistana 5,8 milyon dollarlıq dizel satıb

18.11.2026

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Bu ilin sentyabr ayında Azərbaycandan Ermənistana 3 min 939,34 ton ağır distilyatlar və ya digər məqsədlər üçün qazoyllar (dizel yanacağı) ixrac edilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ixrac edilən dizel yanacağının ümumi dəyəri 5 milyon 831 min 520 dollar təşkil edib.
Hesablamalara əsasən, ixrac olunan bir litr dizel yanacağın orta gömrük dəyəri 1,24 dollar (2,11 manat) olub.
Qeyd edək ki, Azərbaycanın Ermənistana yanacaq ixracı 2025-ci ilin dekabrında başlayıb. Yanacaq tədarükü Gürcüstan ərazisindən keçməklə dəmir yolu vasitəsilə həyata keçirilir.
Elnur Əli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью