Azərbaycan şərabları Çinin Nankin və Sian şəhərlərində tanıdılacaq

26.11.2025

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Azərbaycan şərabları Çinin Nankin və Sian şəhərlərində keçiriləcək tədbirlər vasitəsilə tanıdılacaq.

İqtisadiyyat Nazirliyindən XQ-yə verilən məlumata görə, 27 noyabr - 4 dekabr tarixlərində keçiriləcək tədbirlər Azərbaycanın Çindəki ticarət nümayəndəsi aparatının, Nankin və Sian şəhərlərində fəaliyyət göstərən Azərbaycan ticarət evlərinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Məqsəd Azərbaycan şərablarının Çin bazarında tanıdılması, ölkəmizin ixrac potensialının artırılması və bazara çıxış imkanlarının genişləndirilməsinə töhfə verməkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью