Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan serialında süni intellektin insan həyatındakı rolunu əks etdirən maraqlı səhnə nümayiş olunub.
"Cebheinfo.az" xəbər verir ki, “IV DİVAR” serialında jurnalist obrazının ChatGPT ilə apardığı dialoq diqqət çəkib. Kriminal dram janrında çəkilən serialda Araz adlı jurnalist xəbər hazırlamaq məqsədilə iş adamlarından birini izləyərkən gözlənilmədən cinayət hadisəsinin şahidi olur. Maraqlıdır ki, Arazın yaxın dostu yoxdur və qarşılaşdığı problemləri, işlə bağlı sualları, eləcə də şəxsi həyatında yaşadığı müxtəlif vəziyyətləri süni intellektlə bölüşür.
Serialdakı bu səhnə müasir insanın həyatında süni intellektin getdikcə artan roluna diqqət çəkir. Araz obrazının da qarşılaşdığı vəziyyətlərdə ChatGPT-yə müraciət etməsi serialın müasir texnologiyalarla insan münasibətlərini bir araya gətirən maraqlı detallarından biridir.
Qeyd edək ki, kriminal dram janrında çəkilən “IV DİVAR” serialı həftənin üç günü saat 23:00-da AzTV-də yayımlanır. Serialın rejissoru Elvin Rüstəmzadədir. Əsas rolları İbrahim Çingiz, Sabirə Abdullayeva (Rüstəmli), Sənan Əlləz və Firdovsi Atakişiyev canlandırırlar. Jurnalist Araz obrazını isə Pərviz Sərxan ifa edir.
Əfsanə Rəcəb
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin