Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.
XXI əsrin geosiyasi reallıqları, xüsusən də Qərbin siyasi oyunları, enerji təhlükəsizliyi və beynəlxalq hüququn pozulması kimi amillər bir çox ölkələri öz xarici siyasət konsepsiyalarını yenidən nəzərdən keçirməyə vadar edir.
Azərbaycan da bu qlobal kontekstdə öz maraqlarını qorumaq və daha etibarlı tərəfdaşlıq modelləri qurmaq üçün xarici siyasətinin coğrafi istiqamətlərini şaxələndirir.
Son illərdə isə bu istiqamətlər arasında Şərq və Asiya ön plana çıxmaqdadır.Reyting.az AZƏRTAC-a istinadla bu mövzuda analitik təhlili təqdim edir.Azərbaycanın xarici siyasət doktrinası uzun illərdir ki, balanslaşdırılmış və çoxtərəfli əməkdaşlığa əsaslanan bir model üzərində qurulub.
Bu yanaşma Azərbaycanın həm Qərb, həm də Şərq ölkələri ilə münasibətlərini paralel şəkildə inkişaf etdirməsinə şərait yaradıb.
Lakin postpandemiya dövründə və xüsusilə 2020-ci ildən sonra regionda və dünyada baş verən proseslər, Qərbin riyakar münasibəti, Rusiya-Ukrayna müharibəsi, enerji bazarındakı dəyişikliklər Azərbaycanın xarici siyasətində yeni tərəfdaşlıqlar qurması üçün əsaslı zəmin formalaşdırıb.Bütün bu geosiyasi dəyişikliklər fonunda Azərbaycan Şərqə və Asiyaya doğru xarici siyasət kursunu yalnız alternativ istiqamət kimi deyil, strateji prioritet olaraq formalaşdırmağa başlayıb.
Bu siyasət təkcə iqtisadi maraqlarla məhdudlaşmır, həm də siyasi təhlükəsizlik, beynəlxalq nüfuz və diplomatik balansın qorunması baxımından dərin məna daşıyır.Bu kontekstdə Azərbaycanın beynəlxalq təşkilatlarla fəal əməkdaşlığı da xüsusi vurğulanmalıdır.
Azərbaycan Türk Dövlətləri Təşkilatı (TDT) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində fəal diplomatik xətt yürüdərək həm Türk, həm də İslam aləmində inteqrasiyanı gücləndirən mühüm təşəbbüslərlə çıxış edir.