“Azərbaycan Şərqi Avropanın ölkələri ilə müqayisə oluna bilər” | Icma.az
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Bəzi hallarda biz eşidirik ki, bizi Cənubi Qafqazın digər ölkələri ilə müqayisə edirlər.
Azərbaycan hazırda Cənubi Qafqazın hansısa ölkəsi ilə müqayisə olunacaq səviyyədə deyil.
Azərbaycan Şərqi Avropanın ölkələri ilə müqayisə oluna bilər”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı bildirib.
“Azərbaycanın özündən asılı olmayaraq düşdüyü elə vəziyyətlər var ki, ora böyük vəsaitlər lazımdır.
44 günlük Vətən Müharibəsinin getdiyi vaxtda dövlətin topladığı vəsaitlər müharibəyə xərcləndi.
Bundan başqa, 30 illik işğal dövründə torpaqlarımızda bizim xəstəxanalar, yaşayış evləri, mədəniyyət ocaqlarımız dağıdılıb.
Tam oxu
Xəbəri oxu