Azərbaycan Şimali Makedoniya ilə iqtisadi əməkdaşlığın prioritetlərini açıqlayıb

21.07.2025

Icma.az bildirir, Missiya.az portalına istinadən.

Azərbaycanın Şimali Makedoniya ilə iqtisadi əməkdaşlıq gündəliyində ticarət, investisiya, enerji, turizm və nəqliyyat sahəsində birgə fəaliyyəti intensivləşdirmək prioritet təşkil edir.

Missiya.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

“Şimali Makedoniyaya işgüzar səfərimiz çərçivəsində bu ölkənin iqtisadiyyat və əmək naziri Besar Durmişi ilə ölkələrimizin biznes sahəsində əməkdaşlığının səmərəliliyinin artırılması və işgüzar əlaqələrin təşviqi imkanlarını dəyərləndirdik”, - deyə M. Cabbarov bildirib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью