Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Zəlimxan Məmmədli: Regiona müdaxilənin qarşısını almağın ən səmərəli yolu üç dövlətin eyni platformada birləşməsidirTbilisidə keçirilən "İpək Yolu Forumu" region ölkələri arasında dialoq üçün əsas platforma olaraq qalır və qalacaq.Bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze forumun açılış mərasimində deyib.O bildirib ki, 2015-ci ildə forumun əsası qoyularkən məqsəd dialoq üçün bir meydan yaratmaq olub:"Bu gün forum artıq sadəcə görüş yeri deyil, ideyaların real layihələrə çevrildiyi məkandır.
Ermənistan və Azərbaycanın tədbirdə iştirakı Cənubi Qafqaz ölkələrinin ortaq baxışını nümayiş etdirir.
Bu, bir daha göstərir ki, region dövlətləri birgə səylərlə Cənubi Qafqazı sülh, sabitlik və iqtisadi imkanlar məkanına çevirmək niyyətindədirlər".İrakli Kobaxidze əlavə edib ki, hazırda dünya ənənəvi ticarət yollarını və təchizat zəncirlərini yenidən nəzərdən keçirir:"Yeni marşrutların formalaşdığı bir dövrdə əsas məqsədimiz sülhün qorunması və möhkəmləndirilməsidir.
XXI əsrdə dayanıqlı inkişaf üçün qarşılıqlı əlaqələrin yeni istiqamətlərdə genişləndirilməsi vacibdir.
Enerji dəhlizləri, rəqəmsal magistrallar və sərbəst kapital dövriyyəsi bu baxımdan böyük əhəmiyyət daşıyır"."Borçalı" İctimai Birliyinin sabiq sədri, tanınmış ictimai-siyasi xadim Zəlimxan Məmmədli Sherg.az-a bildirib ki, Azərbaycan siyasi sistemi, istər iqtidar, istərsə də müxalifət daxilində “Vahid Qafqaz evi” ideyasının tərəfdarıdır:"Ölkəmiz hər zaman Qafqaz dövlətləri arasında, eləcə də xalqlar və mədəniyyətlər arasında dialoqun və birgəliyin möhkəmləndirilməsinin, vahid siyasi sistemin qurulmasının tərəfdarı kimi çıxış edib.
İdarəetmədəki oxşarlıqlar və eyni idarəçilik modellərinin mövcudluğu isə bu üç dövlətin inteqrasiyasına müsbət təsir göstərə bilər.
Hətta rəhbəri olduğum Böyük İdeallar Araşdırma Mərkəzi də bu mövzu üzərində müzakirələr apararaq eyni qənaətə gəlib.