Azərbaycan Sofiyada energetika üzrə nazirlər görüşündə iştirak edib

25.02.2025

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Bolqarıstanın paytaxtı Sofiyada keçirilən "Energy Connectivity" nazirlər görüşündə iştirak edib.

Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov sosial şəbəkədəki paylaşımında qeyd edir ki, tədbirdə energetika nazirinin müavini Orxan Zeynalov iştirak edib.

"Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalovla birlikdə tədbirdə məmnuniyyətlə iştirak etdim. Böyük Qara dəniz regionu ölkələrinin nümayəndələri ilə enerji təchizatının etibarlılığını artırmaq və enerji keçidini irəlilətmək üçün regional əlaqələrin inkişaf etdirilməsi ilə bağlı səmərəli müzakirələr aparılıb", - diplomat vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью