Azərbaycan Somalilənd i dövlət kimi tanımayacaq RƏSMİ

29.12.2025

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Somali Federativ Respublikasının suverenliyini, birliyini və ərazi bütövlüyünü tam dəstəklədiyini bir daha bəyan edir.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Somalidəki son hadisələrlə bağlı bəyanatında bildirilib.
“Somali Federativ Respublikasının "Somalilənd" bölgəsinin tanınması beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT Nizamnaməsinə ziddir. Azərbaycan beynəlxalq hüququ pozaraq öz ərazilərində xarici hərbi işğal və separatizmlə bağlı ağrılı təcrübəsindən keçib. Bu prinsiplərə və öz təcrübəsinə əsaslanaraq, Azərbaycan Respublikası bütün dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün və siyasi müstəqilliyinin qorunmasına qətiyyətlə sadiq qalır və beynəlxalq ictimaiyyəti məsuliyyətlə və beynəlxalq hüquqa tam uyğun hərəkət etməyə çağırır”, - bəyanatda vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью