Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16.10.2026

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 4.45 milyon ABŞ dolları dəyərində 5 min 484 ton "Aİ-92" markalı avtomobil benzini ixrac edib.

Moderator.az "Report"a istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 9%, kəmiyyət olaraq - 15% azdır.

Azərbaycan Gürcüstana 2.77 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3.4 dəfə artıq) 3 min 414 ton (+3 dəfə) və Ermənistana 1.59 milyon ABŞ dolları dəyərində 1 min 951 ton (bir il əvvəl tədarük olmayıb) və Tacikistana 95.7 min ABŞ dolları dəyərində 119.7 ton (bir il əvvəl tədarük olmayıb) benzin satıb.

Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Tacikistana tədarük həyata keçirilib.

Hesabat dövründə Azərbaycan 2.89 milyon ABŞ dolları dəyərində (-95.5%) 3 min 919 ton (-95.3%) "Aİ-92" benzini idxal edib.

Azərbaycan Rusiyadan 2.56 milyon ABŞ dolları dəyərində (-94.7%) 3 min 414 ton (-94.6%) və İraqdan 328.3 min ABŞ dolları dəyərində 505.1 ton benzin alıb.

Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İraqdan tədarük həyata keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью