Azərbaycan Şotlandiya matçı qazaxlara əmanət

11.10.2025

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan - Şotlandiya oyunu qazaxıstanlı hakimlər briqadasına tapşırılıb.

Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş hakim Sayatu Karabayev olacaq.

Ona laynsmanlar qismində Yuri Tixonyuk ilə Yevgeni Belski kömək edəcəklər. Dördüncü hakim funksiyasını Saken Bayımbet yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan - Şotlandiya matçı oktyabrın 14-də, saat 19:00-da "Liv Bona Dea" arenada keçiriləcək.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью