Azərbaycan şpaqaçısı Türkiyədə qızıl medal qazanıb

18.11.2024

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

Azərbaycanın gənc şpaqaçısı Xədicə Həsənli Türkiyənin Konya şəhərində keçirilən qılıncoynatma üzrə açıq turnirdə qızıl medal qazanıb.

Qılıncoynatma Fedrasiyasından "Report"a verilən məlumata görə, X.Həsənli 100-dən çox iştirakçı arasında ən yüksək nəticəni göstərib.

Digər təmsilçimiz Mirxətai Məmmədov isə oğlanların mübarizəsində mükafatçılar sırasında yer alıb. O, finalın bir addımlığında uduzaraq bürünc medal əldə edib.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью