Azərbaycan SSR dən miras qalmış qovaq problemi FOTO | Icma.az
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir. Qovaq ağacının çiçəklədiyi vaxt çox adamda allergeya yaradır.
Üstəgəl, çiçəklərin tozu avtomobillər üçün də problemlər ortaya çıxır ki, bu barədə saytımızda ətraflı məlumat verilib.
Bəs qovaq nə üçün problem yaradır? Avtosfer.az xəbər verir ki, SSRİ-də qovaq ağacından yaşıllaşdırmada istifadə 30-cu illərdən başlayıb.
Lakin bu istifadə çox da geniş tətbiq tapmadan müharibə başlayıb və məsələ yaddan çıxıb. 40-cı illərin sonunda məsələ yenidən aktuallaşır.
Çünki müharibədən çıxmış ölkədə ekologiya da pisləşmişdi. Minlərlə yaşayış məntəqəsini təcili yaşıllaşdırmaq lazım gəlirdi.
Bu dəfə də sovet bioloqları qovaq ağacı əkməyi tövsiyə etdilər.
Onların fikrincə, qovaq çox sürətlə böyüyür, böyük həcmdə oksigen verir, rütubət yaradır, qulluq tələb etmir.
Yeni salınan və bərpa olunan şəhərlərdə qovaq ağacları zavod və avtomobil tüstülərini də udacaq.
Tam oxu
Xəbəri oxu