Azərbaycan stolüstü tennisçiləri beynəlxalq turnirdə iştirak edəcəklər

04.12.2024

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edəcəklər.

"Report" xəbər verir ki, ənənəvi “Finlandiya Open” turnirində millinin 12 üzvü bacarığını göstərəcək.

Baş məşqçi Mixail Timofeyev və məşqçi Elnur Hidayətzadənin rəhbərliyi altında Hilal Həsənov, Vəzir Allahverdiyev, Nihad Məmmədov, Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova, Arzu Aslanova, Aylin Əsgərova və Yağmur Məmmədli etimadı doğrultmağa çalışacaqlar.

Beynəlxalq dərəcəli hakim Zaur Mikayılov isə iki yaş qrupu üzrə keçiriləcək yarışın oyunlarını idarə edəcək. Sabah Lohja şəhərində start veriləcək “Finlandiya Open”ə dekabrın 8-də yekun vurulacaq.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью